
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un Gürcüstan vətəndaşlarına təqdim etdiyi məhsullar Azərbaycan vətəndaşlarına təqdim etdiyi məhsullardan nəzərəçarpacaq dərəcədə ucuzdur.
Yeniavaz.com xəbər verir ki, “Kontakt Home”un Gürcüstan vətəndaşlarına təklif etdiyi “Samsung RS70F65Q1TWR” markalı soyuducunun qiyməti 2 670 laridir və mövcud məzənnə ilə hesablandığı zaman bu, 992 dollara bərabər olur.
Qeyd edək ki, eyni model, yəni “Samsung RS70F65Q1TWR” markalı soyuducunun qiyməti Azərbaycandakı alıcılara 2 550 manata və ya mövcud məzənnə ilə hesablandığı zaman 1 500 dollara təklif edilir.
Açıqlanan məlumatlardan da göründüyü kimi, “Kontakt Home” “Samsung RS70F65Q1TWR” markalı soyuducunu Gürcüstan vətəndaşlarına Azərbaycan vətəndaşları ilə müqayisədə 508 dollar və ya təxminən 34% daha ucuz satır.

“Kontakt Home”un başqa bir məhsulu – “Samsung QE55QN70FAUXRU” markalı televizor Gürcüstan alıcıları üçün 874 dollara (2 350 lari), Azərbaycan alıcılarına isə 1 412 dollara (2 340 manat) təklif olunur.

Onu da qeyd edək ki, “Kontakt Home”un təkcə “Samsung” markalı məhsulları deyil, digər markalı məhsulları da gürcülərə azərbaycanlılarla müqayisədə daha ucuz satılır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz