
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 41 min 849 ton banan gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə banan idxalı 3,4% və ya 1 481 ton azalıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 70 qəpik (1 dollar sent) təşkil edib. Ötən ilin eyni dövründə idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri isə 1 manat 40 qəpik (82 sent) təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal edilən bananın gömrük dəyəri 21,4% və ya 30 qəpik artıb.
Qeyd edək ki, marketlərdə satılan bananın da qiyməti oktyabr ayında 10 qəpik artıb. Belə ki, sentyabr ayında 2,9 manata satılan bananın qiyməti oktyabrda 3 manata yüksəlib.
Məlumat üçün bildirək ki, ixdal olunan bananın 99,3%-i və ya 41 min 542 tonu Ekvadordan gətirilib. Bundan başqa 240 ton banan Kosta-Rikadan, 42,6 ton Hindistandan, 21 ton banan isə Misirdən idxal edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz