
Açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda orta aylıq əməkhaqqı 1 087,7 manat olub.
Yeniavaz.com xəbər verir ki, mövcud məzənnə ilə hesablayan zaman bu göstərici 640 dollar təşkil edir.
Qeyd edək ki, son 6 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 71,6% və ya 267 dollar artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 373 dollar (634,8 manat) olub.
Müqayisə üçün bildirək ki, son 6 ildə qonşu Ermənistanda orta aylıq əməkhaqqı 61,4% və ya 294,5 dollar artaraq 479,5 dollardan (182,7 min dram) 774 dollara (295 min dram), Gürcüstanda isə 96% və ya 402 dollar artaraq 420 dollardan (1 129,5 lari) 822 dollara (2 212 lari) yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz