
“Monterrey”in ispaniyalı müdafiəçisi Serxio Ramos klubdan gedəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Ramos bu qərarı “Monterrey”in “Toluka”ya 2:3 hesablı məğlubiyyətindən sonra qəbul etdiyini bildirib.
O, bu oyunun Meksikadakı son oyunu olduğunu qeyd edib.
“Aydındır ki, bu, Meksikadakı son matçım idi. Məyus olduq, amma təmiz vicdanla meydanda hər şeyi etdik”, - Ramos bildirib.
Qeyd edək ki, ispan müdafiəçinin müqaviləsi ilin sonuna qədərdir. Buna görə də o, artıq potensial klublarla danışıqlara başlamaq hüququna malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz