
Bu ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dövlət büdcəsinin gəlirləri 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9% üstələyib.
Məlumatda həmçinin qeyd olunub ki, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 3,4% az icra olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz