
İstanbulda narkotiklə bağlı əməliyyat zamanı evdən polisə atəş açılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, atəş açıldıqdan sonra qarşıdurma baş verib.
Qarşıdurma nəticəsində polis məmuru ağır yaralanıb.
Hücum edənlərdən biri zərərsizləşdirilib, ikisi saxlanılıb.
Məlumata görə, əməliyyat səhər saat 8:30-da İstanbulun Çekmeköy rayonunun Aydınlar məhəlləsində həyata keçirilib.
Əməliyyat zamanı polislər evə daxil olarkən içəridən atəş açılıb.
Tətbiqimizi yükləyə bilərsiniz