Braziliyada Matissin 8 əsəri oğurlandı


Braziliyanın San Paulo şəhərindəki kitabxanadan Anri Matiss və Kandido Portinarinin qravüraları oğurlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.  
Məlumatda qeyd edilir ki, hadisə dekabrın 7-də səhər saatlarında baş verib.
İki silahlı şəxs şəhərin mərkəzindəki Mario de Andrade adına bələdiyyə kitabxanasına basqın edərək, “Kitabdan Muzeyə” sərgisindən fransız rəssamın səkkiz, braziliyalı rəssamın isə beş əsərini oğurlayıblar.
Portalın məlumatına görə, artıq oğruların şəxsiyyəti müəyyən edilib.
Braziliya polisi hazırda cinayətkarları axtarır.

DİGƏR XƏBƏRLƏR

Top