
İran Prezidenti Məsud Pezeşkian dekabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Səfər çərçivəsində ticarət-iqtisadiyyat, nəqliyyat, logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etmək üçün yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır”, - mətbuat xidmətinin məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz