Tailand-Kamboca sərhədində atışma – Əhali təxliyə edildi


Tailand və Kamboca sərhədində atışma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tailand Ordusunun İkinci Hərbi Dairəsi məlumat yayıb.
Ordunun məlumatına görə, Kamboca silahlı qüvvələri Tailandla sərhəddə atəş açıb.
Atışma yerli vaxtla səhər saat 5:00 radələrində (Bakı vaxtı ilə saat 02:00 radələri) Kambocanın Çonq An Ma bölgəsində baş verib.
Tailand ordusunun bildirdiyinə görə, Kamboca əsgərləri dekabrın 9-da Tailandın mövqelərinə iki dəfə atəş açıblar.
Baş verən qarçıdurmadan sonra Kamboca qoşunları maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib. Onların qüvvələri həmçinin bütün sərhəd boyu döyüş hazırlığını artırıb.
Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Pxalanqkun dekabrın 9-da bildirib ki, Tailand qoşunları Kamboca silahlı qüvvələrinin atəşinə cavab olaraq Kamboca sərhədində özünümüdafiə məqsədilə atəş açıb. Nəticədə, bir Tailand əsgəri ölüb, dörd Tailand əsgəri yaralanıb. Eyni zamanda, diplomat Kambocanın krallıq qoşunlarının əvvəlcə atəş açdığına dair ittihamlarının yalan olduğunu bildirib. Nazirlik nümayəndəsi Banqkokun əlində dəlillərin olduğunu vurğulayıb.
Digər tərəfdən, Tailand Kamboca ilə sərhəddə sakinlərin təxminən 70%-ni təxliyə edib, həmçinin 641 məktəbi bağlayıb.
Ərazidə vəziyyət gərgin olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top