
Bu ilin ilk 9 ayı ərzində metro nəqliyyatından 162 milyon 575,8 min sərnişin istifadə edib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azalıb. Belə ki, 2024-cü ilin ilk 9 ayı ərzində metro nəqliyyatından 166 milyon 590,8 min sərnişin istifadə edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz