
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ukrayna ilə bağlı danışıqlara qoşulan ABŞ prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşnerə heyran qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
Məlumata görə, dekabrın 2-də Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər ediblər. Onlar Kremlə gələrək Rusiya lideri ilə görüşüblər və Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təqdim etdiyi qətnamə layihəsini müzakirə ediblər.
Uşakovun sözlərinə görə, Kuşner görüş zamanı Rusiya prezidentinin amerikalılarla dialoqa hansı “ideya və prinsiplərlə” yanaşdığını dərindən anlamaq niyyətində olduğunu bildirib. Kreml nümayəndəsi əlavə edib ki, görüş konstruktiv keçib və tərəflər danışıqların davam etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz