“Rusiyanın aktivləri bir neçə il ukraynalıları güllə kimi xərcləməyə kifayət edir” – Peskov


“Dondurulmuş aktivlər ukraynalıları daha bir neçə il güllə kimi xərcləməyə bəs edər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.
Peskov əlavə edib ki, Rusiyanın aktivlərinin müsadirəsi baş verəcəyi təqdirdə buna görə həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə dövlətlər məsuliyyət daşımalı olacaq.
Avropa Komissiyası dekabrın 3-də Ukraynanın 2026–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı iki variant irəli sürüb. Variantlardan biri dondurulmuş Rusiya aktivlərinin zorla müsadirə edilərək Kiyevin dəstəklənməsinə yönəldilməsini nəzərdə tutur. “Politico” nəşrinin məlumatına görə, AK Ukraynaya yardım üçün 165 milyard avronun müsadirəsini təklif edir.
Dekabrın 5-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Almaniya kansleri Fridrix Mers və Belçika baş naziri Bart de Veverlə Ukrayna və Rusiya aktivləri məsələsini müzakirə edib. Fon der Leyen görüşdən sonra sosial şəbəkədə yazıb ki, danışıqlarda razılıq əldə olunmayıb.
Belçikanın baş naziri Bart de Vever isə parlamentdə çıxışı zamanı dondurulmuş rus aktivlərinin istifadəsi üçün üç şərtin vacib olduğunu bildirib: risklərin bütün Aİ ölkələri arasında bölüşdürülməsi, aktivlərin saxlandığı ölkələrin bərabər şəkildə maliyyə öhdəliyi götürməsi və “likvidliklə risklərin qorunması”.

DİGƏR XƏBƏRLƏR

Top