Agentlik bu rayonlardan 44 mənzil alacaq – 2,5 milyon manat ayrılıb


Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara və Sabirabad rayonlarında 44 ədəd mənzilin alınması məqsədilə tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, Agentlik Astara rayonunda 22 ədəd birotaqlı, 14 ədəd ikiotaqlı, Sabirabad rayonunda isə 8 ədəd üçotaqlı mənzil satın almaq istəyir.
Qeyd edək ki, Agentlik Astara rayonundan satın alacağı mənzillər üçün 1 milyon 820 min manat, Sabirabad rayonundan satın alacağı mənzillər üçün isə 644 min manat ödənilməsini nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Astara rayonunda bir mənzil üçün orta hesabla 50 min 555 manat, Sabirabad rayonunda isə bir mənzil üçün orta hesabla 80 min 500 manat ödəməyi planlaşdırıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top