
Amerikanın “İnter Mayami” klubu ilk dəfə MLS kubokunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, argentinalı Xavyer Maskeranonun rəhbərlik etdiyi komanda finalda “Vankuver Uaytkeps” komandasına 3:1 hesabı ilə qalib gəlib.
8-ci dəqiqədə “Vankuver Uaytkeps” komandasının 22 yaşlı kolumbiyalı müdafiəçisi Edier Okampo avtoqola imza atıb.
60-cı dəqiqədə Kanada təmsilçisi 25 yaşlı yarımmüdafiəçi Əli Əhmədin qolu sayəsində bərabərliyi bərpa edib.
71-ci dəqiqədə “İnter Mayami”nin qələbə qolunu 31 yaşlı argentinalı yarımmüdafiəçi Rodriqo de Paul vurub. 38 yaşlı argentinalı hücumçu Lionel Messi bu qolun ötürməsini edib.
Oyuna əlavə edilmiş 6-cı dəqiqədə “İnter Mayami”nin 3-cü qolunu 26 yaşlı argentinalı hücumçu Tadeo Allende vurub. Messi yenə məhsuldar ötürmə ilə yadda qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz