FHN 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı


Fövqəladə Hallar Nazirliyi (FHN) Biləsuvarda 5 nəfərin həyatını itirdiyi qəza ilə bağlı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top