ABŞ-Kanada sərhədində 7 ballıq zəlzələ oldu


ABŞ-nin Alyaska ştatı ilə Kanadanın Yukon ərazisi sərhəddində dağlıq, əhalinin az məskunlaşdığı regionda 7,0 bal gücündə güclü zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP ABŞ Geoloji Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-sı yerli vaxtla saat 20:41-də baş verən zəlzələdən sonra üç saat ərzində maqnitudası 5,1 ilə 3,3 arasında dəyişən 30-dan çox afterşok baş verib.
Zəlzələnin episentri Yukon ştatının paytaxtı Uaythors şəhərindən təxminən 248 kilometr qərbdə və Alyaskanın paytaxtı Juneau şəhərindən 230 kilometr şimal-qərbdə yerləşib.
Alyaskanın Yakutat şəhərinin polis rəisi Teo Keyps bildirib ki, zəlzələ təəccüblü dərəcədə uzun, 15-20 saniyə davam edib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. ABŞ Sunami Xəbərdarlıq Sisteminin məlumatına görə, sunami təhlükəsi olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top