
Ermənistanda həm də Azərbaycan dilində fəaliyyət göstərən televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə televiziyanın rəsmi məlumatında qeyd olunub.
Bildirilib ki, media orqanının fəaliyyətini dayandırmasına səbəb maliyyələşdirmə məsələləri və daxili problemlərə işarə edən spekulyasiyalar olub.
Lakin erməni KİV bu addımı siyasi təzyiqlərlə əlaqələndirir və layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu qeyd olunur.
Qeyd edək ki, dekabrın 3-də “ReOpen Media” ilə “Real TV” arasında canlı bağlantı olub. Bu zaman “ReOpen Media”nın aparıcısı Diana Karapetyanın “Artsax” ifadəsini işlətməsi müzakirələrə və gərginliyə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz