
“İdmançılar mənə “like” qoyanda maaşlarını kəsirdilər. Deyirdilər ki, “baxın Rafael çox danışır”. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabın verdilər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azerisport.com-a müsahibəsi zamanı deyib.
“Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”, - idmançı Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışarkən bildirib.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz