Ermənistanda “Qolos”un keçmiş koordinatoru saxlanıldı


“Qolos” hərəkatının Pskov vilayəti üzrə keçmiş koordinatoru Vladimir Jilinski Ermənistanda saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil Mixail Benyaş məlumat verib.
Benyaşın sözlərinə görə, Jilinski Noyemberyan şəhərindəki müvəqqəti saxlama təcridxanasında saxlanılır. Onun saxlanmasının səbəbi məlum deyil.
Jilinski son zamanlar Gürcüstanda yaşayırdı. Vəkil hesab edir ki, o, Ermənistanda iş məqsədi ilə və ya vizaran (yaşayış qaydalarına riayət etmək üçün ölkədən qısa müddətli çıxmaq) çərçivəsində olub. 
Benyaş qeyd edib ki, Rusiyada Jilinski “terrorçuluğa bəraət qazandırmaq” maddəsi ilə cinayət işi açılıb və ona görə onu 7 ilə qədər həbs gözləyir. 

DİGƏR XƏBƏRLƏR

Top