
Amerikalı müğənni Ledi Qaqanın “Abracadabra” mahnısı 2025-ci ilin ən yaxşı hiti seçilib.
Yeniavaz.com xəbər verir ki, mahnı “Rolling Stone” jurnalının siyahısına başçılıq edir.
Nəşr yazır ki, Ledi Qaqa müasir pop musiqisinin ən yaradıcı və nüfuzlu simalarından biridir:
“Bu mahnı 2025-ci ilin simvoluna çevrildi - yüksək səsli, cəsarətli, teatral və qarşısıalınmaz - və hər kəsə Qaqanın diqqəti üzərinə çəkmə və bunu mədəni yeniləməyə çevirmək kimi misilsiz qabiliyyətini xatırlatdı”.
Siyahının qalan hissəsində digər məşhur ulduzlar - Sabrina Karpenter, Kendrick Lamar, SZA və Teylor Svift yer alır.
Tətbiqimizi yükləyə bilərsiniz