
Misli Premyer Liqasında XIV tura start verilib.
Yeniavaz.com xəbər verir ki, turun ilk görüşündə “Qarabağ” “Zirə”nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib, 1:1.
“Zirə”nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran “Qarabağ” lider mövqeyində qərarlaşıb. 27 xala malik “Zirə” ikincidir.
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
Tətbiqimizi yükləyə bilərsiniz