
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş ofis rəhbəri Andrey Yermakı Milli Təhlükəsizlik və Müdafiə Şurasından (MTX) və Ali Baş Komandanlıqdan uzaqlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.
Sənəddə dəyişikliklərin dərc edildiyi gündən qüvvəyə minəcəyi bildirilir. Lakin fərmanlarda qərarın heç bir səbəbi göstərilmir.
Bundan əvvəl Ukrayna liderinin ofisinə yaxın olan ukraynalı bloger İqor Laçenkov iddia edib ki, Yermakın ofisində aparılan axtarışlar zamanı çoxsaylı gizli obyektlər tapılıb.
Tətbiqimizi yükləyə bilərsiniz