
“Emily in Paris” filminin aktyoru Ceremi O. Harris Yaponiyada həbsd edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı “Toni” mükafatına namizəd olan aktyor üç həftə öncə narkotik qaçaqmalçılığında şübhəli bilinərək Naha hava limanında saxlanılıb.
Bir neçə KİV-in məlumatına görə, gömrükdə onun çantasından kristal maddə aşkar edilib.
Səlahiyyətlilərin məlumatına görə, maddə ekstazi kimi tanınan MDMA olub və təxminən 780 milliqram ağırlığında aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz