Kanada da Suriyaya qarşı sanksiyaları ləğv etdi


Kanada Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb və “Həyat Təhrir əş-Şam”ın (HTŞ) “terror təşkilatı” adlandırılmasını ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 
Bu addımlar HTŞ-nin Suriyanın keçmiş lideri Bəşər Əsədi devirdikdən və ötən dekabr ayında hökumətə nəzarəti ələ keçirdikdən sonra atılıb.
“Bu addımlar Böyük Britaniya və ABŞ da daxil olmaqla, müttəfiqlərimizin son qərarlarına uyğun olaraq atılıb və Suriya keçid hökumətinin Suriyada sabitliyi gücləndirmək səylərinin davamıdır”, - Kanadanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bu arada, ölkənin XİN-i bəyan edib ki, Kanada 56 Suriya vətəndaşına, o cümlədən devrilmiş Əsəd hökumətinin keçmiş rəsmiləri və Əsəd ailəsinin üzvlərinə qarşı sanksiyaları davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top