
Britaniyanın Devon şəhərindən 22 yaşlı bir gənc bir neçə yemək yarışında iştirak etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.
İki gün ərzində o, bir neçə kiloqram ət və balıq, həmçinin 38 ədəd toyuq naggeti yeyib.
Yarış zamanı restoranlardan birində o, 36 dəqiqə ərzində kartof qızartması və soğan halqası ilə iki kiloqramlıq biftek yeyib.
Səhəri gün özünü pis hiss etməsinə baxmayaraq, o, yenidən yarışında iştirak edib və bu dəfə 2,5 kiloqram balıq və çips yeyib.
Bundan sonra onun vəziyyəti sürətlə pisləşib - qarında şiddətli ağrılar hiss edib, ürəyi bulanmağa başlayıb və temperaturu 39 °C-yə yüksəlib.
Dostları onu xəstəxanaya çatdırıblar və həkimlər onun mədəsində külli miqdarda həzm olunmamış qida aşkar ediblər.
Tibbi yardım göstərildikdən sonra britaniyalı evə buraxılıb.
Lakin o, elə həmin axşam o, başqa bir yarışda iştirak edib və 38 toyuq naggeti, böyük bir porsiya çips və desert yeyib.
O, uğursuz təcrübələrinə baxmayaraq, yarışlardan geri çəkilmək fikrində olmadığını bildirib.



Tətbiqimizi yükləyə bilərsiniz