Tramp Amerika futbolunun adını dəyişməyi təklif etdi


ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə dünya çempionatının püşkatma mərasimindəki çıxışında bildirib.
“Sokker”i əslində futbol adlandırmaq olmazmı? Bu, futboldur, buna şübhə ola bilməz. Amerika futbolu üçün fərqli bir ad tapmalıyıq. Fikirləşəndə ​​bu sözün heç bir mənası yoxdur”, - Tramp qeyd edib.
Qeyd edək ki, 2026-cı il Dünya çempionatı üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-na qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top