
Braziluyanın “Santos” klubu Neymar və onun nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı ilkin danışıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Foot Mercato” nəşrinin jurnalisti Santi Auna “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Neymar klubda ən azı bir mövsüm daha keçirmək niyyətindədir və tərəflər tezliklə şərtlərlə bağlı müzakirələri başa çatdırmağı nəzərdə tuturlar.
Qeyd edək ki, braziliyalı bu ilin yanvar ayında “Əl-Hilal”dan ayrıldıqdan sonra azad agent kimi “Santos”a qayıdıb.
Onun hazırkı müqaviləsi 2025-ci ilin 31 dekabrına qədərdir.
Xatırladaq ki, bu mövsüm Neymar 27 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz