
Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Bildirilib ki, dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.
Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görmə məsafəsi 500 metrədək məhdudlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz