Ukraynaya kütləvi hava hücunu – Yaralananlar var


Rusiya ordusu dünən gecədən Ukraynaya hava zərbələri endirir.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, hazırda bütün regionlarda həyəcan siqnalı elan edilib.
Məlumata görə, artıq yaralananlar var.
Həmçinin, dəmir yolu infrastrukturuna da ziyan dəyib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hava hücumunda həm dronlardan, həm də raketlərdən istifadə edib.
Xüsusilə, əksər regioanlar dronların hücumuna məruz qalıb.
Həmçinin, Rusiya ordusu strateji bombardmançı təyyarələrdən qanadlı raketlər atıb.
Lutsk şəhərində partlayış baş verib. Şəhərin məhəllələrindən birində ərzaq anbarları yanıb.
Bundan əlavə, Fastivdə dəmir yolu infrastrukturunun kütləvi şəkildə atəşə tutulması nəticəsində şəhərdən keçməli olan sərnişin qatarlarının marşrutları dəyişdirilib.
Kiyev Hərbi Administrasiyasının (VRMA) sədri Nikoay Kalaşnikin sözlərinə görə, artıq üç nəfərin yaralandığı məlumdur. Onlardan ikisi qadın, biri kişidir.

DİGƏR XƏBƏRLƏR

Top