
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya çempionatının favoritinin adını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
“İspaniya, şübhəsiz ki, favoritlərdən biridir. Onlar əla komandadır və həmişə belə olub. Mən İspaniyanın böyük fanatıyam. Mən bu ölkəni sevirəm. Deyərdim ki, onların çox yaxşı şansları var”, - Tramp bildirib.
Qeyd edək 2026-cı il Dünya çempionatına üç ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Xatırladaq ki, son dünya çempionu Argentinadır. 2022-ci ildə argentinalılar finalda Fransanı məğlub ediblər. Oyunun əsas vaxtı 3-3 hesablı heç-heçə ilə başa çatsa da, Cənubi Amerika komandası penaltilər seriyasında qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz