
Dekabrın 5-də axşam saatlarında Pakistan və Əfqanıstan qüvvələri arasında Çaman sərhəd-keçid məntəqəsi yaxınlığında artilleriya atəşi ilə atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinı görə, İslamabad və Kabil bir-birini hücumu təhrik etməkdə ittiham edirlər.
Nəşr qeyd edir ki, Pakistan rəsmilərinin bildirdiyinə görə, ilk atəşi minaatanlardan Əfqanıstan qüvvələri açıb. Bununla belə, Əfqanıstan hökumətinin xüsusi nümayəndəsi Zabihullah Mücahid Əfqanıstan qüvvələrinin Qəndəhar əyalətinin Spin Boldak rayonunda Pakistanın zərbələrinə cavab verib.
Qəzetin mənbələrinə görə, atışma yerli vaxtla axşam saat 22:00 radələrində başlayıb və gecə saatlarına qədər davam edib.
Üç yaralı xəstəxanaya çatdırılıb. İtkilər barədə məlumat verilmir.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib. Bu, 2021-ci ildə Kabildə “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bəri ən qanlı hadisə olub. Bu toqquşmalar Pakistanın sərhəd məntəqələrinə hücumlardan sonra baş verib. Buna cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstandakı “Fitnə əl-Xəvaric” terror qruplaşmasının (əvvəllər “Tehrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınırdı) bazalarına zərbələr endirib.
Qətər və Türkiyənin vasitəçiliyi ilə münaqişə tərəfləri elə həmin ay qüvvədə olan müvəqqəti atəşkəs razılaşması əldə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz