
ABŞ Prezidenti Donald Tramp FİFA Sülh Mükafatının ilk laureatı olub.
Yeniavaz.com xəbər verir ki, Vaşinqtonda keçirilən 2026-cı il Dünya Çempionatının püşkatma mərasimi zamanı ona mükafat təqdim edilib.
Tramp mükafatı almaqdan böyük şərəf duyduğunu bildirib:
“Mən hər kəsə təşəkkür etmək istərdim. Dünya daha təhlükəsiz yer olub”.
Qeyd edək ki, FİFA mükafatı noyabrın 5-də elan edib. O, hər il sarsılmaz fədakarlığı və görkəmli nailiyyətləri olan insanları sülh üçün bir araya gətirməyə kömək edən şəxslərə təqdim olunacaq.
2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz