“Əsədin Moskvadakı müttəfiqləri Suriyada qiyam planlaşdırır” − “Reuters”


“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdaşları hazırkı Suriya hökumətinə qarşı üsyanı qızışdırmaq ümidi ilə milyonlarla dollar xərcləyirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, keçmiş kəşfiyyat rəhbəri Kamil Həsən və Əsədin əmisi oğlu Rami Məxluf sədaqətini qazanmaq ümidi ilə ümumilikdə təxminən 50.000 ələvi döyüşçüsünə sponsorluq edirlər. Onların məqsədi Suriya sahillərində yeraltı komanda məntəqələrinə və silah anbarlarına nəzarəti ələ keçirməkdir. Bununla belə Həsən və Məxluf müstəqil fəaliyyət göstərir və bir-biri ilə düşmənçilik edirlər.
Nəşr qeyd edib ki, Suriyanın yeni hakimiyyət orqanları bu planlardan xəbərdardır. Onlara qarşı durmaq üçün Əsəd ordusunda digər keçmiş yüksək rütbəli hərbçi Xalid əl-Əhmədi işə cəlb ediblər. Onun vəzifəsi ələviləri yeni hökumətlə əlaqələr qurmağa inandırmaqdır.
Əsədin özü, agentliyin məlumatına görə, “ümumiyyətlə Moskvada yaşamağa öyrəşib” və Suriyaya qayıtmaq niyyətində deyil.

DİGƏR XƏBƏRLƏR

Top