“Barselona” Qarsiya ilə müqaviləni uzatdı


“Barselona” müdafiəçi Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.
Yeni müqavilənin müddəti 30 iyun 2031-ci ilə qədərdir.
“Bu qərar “La Masia”da böyümüş və gənc oyunçular üçün əla nümunə olan bir oyunçuya etimad səsidir. Onun oyunu, yetkinliyi və fədakarlığı onun klubla əlaqəsini gücləndirməkdə həlledici rol oynadı.
Beləliklə, Erik Qarsiya öz istedadını, liderliyini və ardıcıllığını nümayiş etdirməyə davam edəcək. Bugünkü açıqlama həm klub, həm də azarkeşlər üçün sevindiricidir”, - məlumatda deyilir.
Qeyd edək ki, bu mövsüm 24 yaşlı Erik Qarsiya İspaniya çempionatında 15 oyuna çıxıb, 1 qol vurub. O, həmçinin 5 dəfə Çempionlar Liqasında çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top