
Azərbaycanəsilli aktyor Eldar İsgəndərov Qrant Singerin bədii filmi olan “Reenactment”də oynayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
Bildirilib ki, İsgəndərov Benisio del Toro, Kemeron Diaz və Ana de Armas da daxil olmaqla, daha əvvəl elan edilmiş aktyor heyətinə qoşulub.
İsgəndərovun rolu süjet kimi gizli saxlanılır. Çəkilişlərin bu ilin sonunda Los-Ancelesdə başlanması planlaşdırılır.
Qeyd edilib ki, əslən Azərbaycandan olan, Niderland və Belçikada böyüyən İsgəndərov Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun “Reenactment” filmindəki işi bu il üçüncü bədii filmidir. O, Cessi Aysenberqin “A24” və “Fruit Tree” üçün hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də Cordan Firstmanın “Topic Studios” tərəfindən istehsal olunan rejissorluq debütü “Club Kid” filmində baş rollara malikdir. Aktyor “Elevate Entertainment” və “Bloch Law” tərəfindən təmsil olunur.
Tətbiqimizi yükləyə bilərsiniz