“Netflix” “Warner Bros”u aldı


“Netflix” yayım xidməti 82,7 milyard dollara “Warner Bros.” kinostudiyasını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.
“Bu gün “Netflix” və “Warner Bros. Discovery” elan edir ki, “Netflix” “Warner Bros.”u, o cümlədən onun film və televiziya studiyaları, “HBO Max” və “HBO”nu almaq üçün qəti razılığa gəliblər”, - bəyanatda deyilir.
Şirkət qeyd etdi ki, bu sövdələşmə “ən yaxşı axın xidmətini “Warner Bros.”un əsrlik mirası ilə” birləşdirir. “Warner Bros.” serialları və şouları (o cümlədən “The Big Bang Theory”, “The Sopranos”, “Game of Thrones” və “DC Comics”) indi “Netflix” kataloqunda olacaq.

DİGƏR XƏBƏRLƏR

Top