Rubl son 2,5 ilin ən yüksək səviyyəsinə çatdı – Niyə bahalaşır?


Rubl möhkəmlənməsini davam etdirərək son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com
bu ölkənin mətbuatına istinadən xəbər verir ki Rusiyanın birjadankənar valyuta bazarında dolların məzənnəsi 2023-cü ilin may ayından bəri ilk dəfə 75 rubldan aşağı enib.
Ticarət məlumatlarına görə, ABŞ valyutası gün ərzində 3,2% ucuzlaşaraq 74,76 rubla qədər geriləyib. Daha sonra məzənnə qismən bərpa olunaraq 76,81 rubla çatıb və azalmanın tempi 0,5%-ə yavaşlayıb.
Ekspertlər rublun gözlənilməz şəkildə möhkəmlənməsini əsas ixracatçıların aktiv valyuta satışları ilə əlaqələndirir. Bildirilib ki, dekabrda adətən büdcə hesablaşmalarına görə pul kütləsi artır və bu, rublu zəiflədir.
Qeyd edilir ki, Mərkəzi Bankın dekabrın 5-dən etibarən büdcə qaydası çərçivəsində valyuta satışını gündəlik 9 milyarddan 14,5 milyard rubla qədər artırması rublun möhkəmlənməsinə əlavə impuls verib.
Mərkəzi Bankın satış həcmlərini artıracağı ehtimalı bazarda gözləntiləri gücləndirib.
Ekspertlər rublun 70–75 rubl diapazonuna qədər möhkəmlənə biləcəyini istisna etmirlər. Bununla belə, mütəxəssislər bu tendensiyanın uzunmüddətli olmayacağını düşünürlər. Proqnozlara görə, dekabr-yanvar aylarında məzənnə 77–80 rubl civarında sabitləşəcək, daha sonra isə yenidən zəifləməyə başlayacaq. 2026-cı il üçün baza ssenarisi bir dolların 100 rubl olmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top