
Dekabrın 3-də Ukraynanın TSN portalının jurnalisti Dmitri Svyatnenko Parisdə Rusiya Prezidenti Vladimir Putinin nikahdankənar qızı olduğu iddia olunan Yelizaveta Krivonoqixi tapıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
Jurnalist onun Parisdə yaşadığını üzə çıxarıb. Bildirilir ki, gənc qadın Fransa paytaxtının kiçik rəsm qalereyalarından birində işləyir.
Svyatnenko Putinin qızı ilə görüşə və ona bir neçə sual verməyə nail olub.
Jurnalist ona Ukraynadan olduğunu bildirib və bir neçə sualı olduğunu qeyd edib.
Ancaq Yelizaveta dərhal sullara cavab vermək istəmədiyini və çəkilişlərə icazə vermədiyini bildirib.
“Yaxşı, bilirsiniz ki, Kiyevdə hazırda işıq yoxdur. Və hazırda hava hücumu ilə bağlı həyəcan siqnalı səslənir. Biz də buna icazə verməmişik”, - jurnalist cavab verib.
Sonra onlar arasında dialoq baş verib. İlk sualında jurnalist ona “Atanızın siyasəti haqqında nə düşünürsünüz? Onu dəstəkləyirsinizmi?” - deyə sual verib. O isə cavabında bunun onunla əlaqəsi olmadığını bildirib.
“Siz Kiyevə gəlib, “Patriotlar”dan daha yaxşı “hava hücumundan müdafiə vasitəsi” kimi fəaliyyət göstərə bilərsiniz. Ya da indi Pokrovska gedib bütün bu işlərə son qoya bilərsiniz”, - deyə jurnalist əlavə edib.
Svyatnenko həmçinin ona Kiyevə təyyarə bileti almağa hazır olduğunu, lakin təəssüf ki, atasına görə Ukraynaya təyyarələrin uçmadığını bildirib.
“Təəssüf ki, sizə heç bir şəkildə kömək edə bilmərəm. Çox üzr istəyirəm. Düşünürəm ki, sizinlə kifayət qədər söhbət etdim. Bunun baş verdiyinə görə həqiqətən təəssüflənirəm. Təəssüf ki, bu vəziyyətə görə məsuliyyət daşımıram. Mənim yanıma gəlib danışmaq üçün cəsarət tapdığınıza görə çox şadam, ancaq təəssüf ki, sizə heç cür kömək edə bilmərəm”, - deyə Yelizaveta yekunlaşdırıb.
Qeyd edək ki, Yelizaveta Krivonoqixin Vladimir Putinin və Rusiyanın ən varlı qadınlarından Svetlana Krivonoqixin qızı olduğu iddia edilir.


Tətbiqimizi yükləyə bilərsiniz