
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər Naxçıvan Muxtar Respublikasında 71 min 463 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ölkə üzrə qeydə alınan ümumi gecələmələrin 1%-nə bərabər olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Naxçıvanda 95 min 523 gecə keçiriblər və bu da ümumi gecələmələrin 1,3%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Naxçıvana səfər edən əcnəbi turistlər otellərdə cəmi 1 586 gecə keçiriblər və bu, muxtar respublikada keçirilən ümumi gecələmələrin 2,2%-ni təşkil edib. Bundan başqa, əcnəbilər 4 min 541 gecəni kirayəyə götürülən evlərdə, 33 min 598 gecəni qohumların və dostların evində, 31 min 738 gecəni isə özlərinə və ya ailə üzvlərinə məxsus evlərdə keçiriblər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz