
İstanbul Respublika Prokurorluğu mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, istintaq çərçivəsində Türkiyəli keçmiş hakim və şərhçi Ahmet Çakar saxlanılıb.
Çakar müxbirin “Niyə saxlanıldınız?” sualına “Bilmirəm”, - deyə cavab verib.
Əməliyyat çərçivəsində Ahmet Çakarla yanaşı bəzi futbolçular və bir klub rəhbəri də saxlanılıb.
Saxlanılanlar arasında “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaşla “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.
Qeyd edək ki, TFF prezidenti İbrahim Ethem Hacıosmanoğlu oktyabrın 24-də təşkilatın Riva qərargahında keçirdiyi mətbuat konfransında 371 hakimin mərc hesabının olduğunu və onlardan 152-nin aktiv şəkildə mərc oynadığını açıqlayıb. Bu ifadə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “hesabat” kimi qəbul edilib və dərhal araşdırma başladılıb. Baş Prokurorluğun açıqlamasında bildirilir ki, istintaq zamanı təkcə TFF-nin verdiyi adlar və məlumatlar araşdırılmayıb. Bundan başqa, hakimlərin əmlakları, onların bir-biri ilə və digər şəxslərlə şübhəli hesab edilən əlaqələri, xüsusən də hakimlərin oyuna qanunsuz olaraq xaricdən mərc edib-etməməsi və oyundan kənarlaşdırılmalara qarşı böyük məbləğdə pul qoyuluşu edib-etməməsi barədə məlumatlar yoxlanılıb.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqın birinci mərhələsində əksəriyyəti hakim olan 21 nəfərə qarşı həbs-qətimkan tədbirləri həyata keçirilib, “Eyüpspor” prezidenti də daxil olmaqla 8 nəfər həbs edilib.
149 hakimə 8 aydan 12 aya qədər diskvalifikasiya cəzası verilib.
TFF, mərc oyunlarının araşdırılması çərçivəsində hakimlərin və menecerlərin araşdırmasından sonra ehtiyat tədbiri olaraq 1024 oyunçunu Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib. 102 futbolçu 45 gündən 12 aya qədər diskvalifikasiya olunub.
Tətbiqimizi yükləyə bilərsiniz