
Joan Laporta “Barselona” klubunun prezidenti seçilmək üçün yenidən namizəd olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti klub prezidentinə istinadla məlumat yayıb.
“Yenidən namizəd ola bilərdim, amma belə bir şey planlaşdırmıram. Yəqin ki, bu, yersiz olar”, - Laporta bildirib.
Qeyd edək ki, Laportanın səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Xatırladaq ki, 63 yaşlı Laporta 2021-ci ildən “Barselona”nın prezidentidir. O, əvvəllər 2003-2010-cu illərdə də bu vəzifəni tutub. Onun rəhbərliyi altında komanda altı İspaniya çempionluğu, üç İspaniya kuboku, dörd İspaniya Superkuboku, iki Çempionlar Liqası, bir UEFA Superkuboku və bir FIFA klublararası dünya çempionluğu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz