
Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında dünyasını dəyişənlərin adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, yanğında Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) ölüb.
Yusif Hüseynovun qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Zülfiyyə Yusifova

Yusif Yusifov

Məryam Yusifova
Tətbiqimizi yükləyə bilərsiniz