
“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın 19-cu turunda “Atletik Bilbao” üzərində 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edərək, bu mövsüm Avropanın ən yaxşı 5 liqasında 20 xala çatan ilk oyunçu olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında “StatMuse” məlumat yayıb.
26 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2024-cü ilin iyul ayından Madrid klubundadır. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 180 milyon avrodur.
Onu da qeyd etmək lazımdır ki, Mbappe bir təqvim ilində vurduğu qollara görə (62) ilk 10 oyunçu arasındadır.
Tətbiqimizi yükləyə bilərsiniz