“Aİ liderləri ABŞ-nin xəyanətindən narahatdır” − KİV


“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski və digər Avropa liderləri ilə qapalı telefon danışığında ABŞ-nin Ukraynaya xəyanət edə biləcəyindən narahat olduqlarını bildiriblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.
Nəşrin məlumatına görə, söhbət bazar ertəsi, dekabrın 1-də baş tutub.
“Der Spiegel” ingilis dilində stenoqram aldığını iddia edir. Jurnalistlərin stenoqramı tam olaraq necə əldə etdikləri açıqlanmır.
“Birləşmiş Ştatların təhlükəsizlik təminatlarına aydınlıq gətirmədən ərazi məsələsinə görə Ukraynaya xəyanət etməsi ehtimalı var”, - nəşr Makrondan sitat gətirib.
Merts öz növbəsində qeyd edib ki, Zelenski yaxın günlərdə son dərəcə ehtiyatlı olmalıdır:
“Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar”.
Nəşr izah edir ki, bu, ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerə aiddir.
Söhbətdə Finlandiya Prezidenti Aleksander Stubb da iştirak edib:
“Biz Ukraynanı və Volodimiri bu uşaqlarla təkbaşına qoya bilmərik”. NATO-nun baş katibi Mark Rutte bununla razılaşıb.
“Spiegel”in məlumatına görə, danışıqlara Polşanın Baş naziri Donald Tusk, İtaliyanın Baş naziri Giorgio Meloni, Danimarkanın Baş naziri Mette Frederiksen, Norveçin Baş naziri Conas Qahr Störe, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta da daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top