
“Roskomnadzor” Rusiyada “Snapchat” mobil proqramını blokladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu xidmət istifadəçilərə baxdıqdan sonra və ya 24 saatdan sonra yoxa çıxan foto və videoları göndərməyə imkan verir.
Qurum proqramın bloklanmasını onunla izah edib ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, xidmət ölkədə terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, terrorçuların cəlb edilməsi, vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.
Agentlik əlavə edib ki, oktyabrın xidməti bloklamaq üçün 10-da tədbir görüb.
Qeyd edək ki, son iki gündə “Roskomnadzor” Rusiyada “Roblox” oyun platformasının və “Apple”ın “Facetime” videozəng proqramının bloklandığını da açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz