FIFA və “Lego” gələn il Dünya Kuboku temalı konstruktor buraxacaq


Beynəlxalq Futbol Federasiyası (FİFA) və “Lego” Dünya Kubokunu əks etdirən konstruktor buraxacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Xüsusi konstruktorun buraxılışı qarşıdan gələn 2026-cı il dünya çempionatına təsadüf edir.
Dünya Kuboku 1:1 miqyasında toplanacaq. Dəstdə 2842 detal olacaq. “Lego” və FIFA-nın birgə məhsulu 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin başlaması ərəfəsində satışa çıxarılacaq.
Dünyanın ən böyük futbol turniri ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın ilk oyunu 2026-cı il iyunun 11-də keçiriləcək. Turnirə iyulun 19-na planlaşdırılan final oyunu ilə yekun vurulacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top