ADNSU məşhur jurnaldakı məqalələri oxumaq üçün 46 min manat ödəyəcək


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən həyata keçirilən satınalma prosedurunun qalibi müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, satınalmanın qalibi “Elsevier B.V.” şirkəti olub.
Müqaviləyə əsasən, şirkət ADNSU-ya “Elsevier” jurnallarının 1 yanvar 2015-ci ildən etibarən dərc edilən bütün məqalələrinin tam mətninə elektron giriş təmin edəcək. Göstərilən xidmətin ümumi dəyəri 46 min 352 manat 27 qəpik olacaq.
Qeyd edək ki, satınalma tender müqaviləsi keçirilmədən bir mənbə metodu əsasında həyata keçirilib. Müqavilənin başlama tarixi 24 noyabr 2025, bitmə tarixi isə 30 dekabr 2026 olaraq göstərilir.
Onu da bildirək ki, “Elsevier B.V.” Niderlanda məxsus beynəlxalq elmi nəşriyyat şirkətidir və baş ofisi Amsterdam şəhərində yerləşir. Şirkətin əsası 1880-ci ildə qoyulub və bu gün dünyada elmi jurnalların nəşri üzrə ən böyük nəşriyyatlardan biri hesab olunur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top