
Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində Bakıda baş tutacaq “Qarabağ”-“Ayaks” oyununun biletləri satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlarda isə 200, 250, 300 və 400 AZN təşkil edir. VVIP sektorlarda isə biletlər 1000 AZN-dən təklif olunur.
Klubun məlumatında deyilir ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
“Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilər. Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, “Qarabağ”-“Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz