
2025-ci ilin aprelində dünya üzrə dollar milyarderlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 287 nəfər artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İsveçrənin UBS bankının araşdırmasında öz əksini tapıb.
Analitiklərin fikrincə, bu, dollar milyarderlərinin 416 nəfər artdığı 2021-ci il istisna olmaqla, tədqiqatın başlanmasından bəri ən böyük artımdır.
Hazırda dünyada 2545 kişi və 374 qadın olmaqla 2919 milyarder var.
Onların ümumi sərvəti il ərzində 13% artaraq 15,8 trilyon dollara çatıb.
UBS-in məlumatına görə, ABŞ dollar milyarderlərinin sayına görə birincidir (924). Asiya-Sakit okean regionu ikinci, Avropa, Yaxın Şərq və Afrika isə üçüncüdür.
Tətbiqimizi yükləyə bilərsiniz