
Braziliyanın “Santos” klubunun hücumçusu Neymar Braziliya çempionatının 37-ci turunda “Yuventude”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.
Yeniavaz.com xəbər verir ki, bu, 33 yaşlı braziliyalının son üç il yarım ərzində ilk üç qollu oyunu olub.
Belə ki, futbolçu sonuncu dəfə 2022-ci il aprelin 9-da PSJ-nin heyətində “Klermon”a qarşı üç qol vuraraq het-trik edib.
Braziliyalı həmçinin, qol vurma seriyasını üç oyuna çatdırıb və bu üç oyunda beş dəfə fərqlənib.
Bu mövsüm hücumçu “Santos”un heyətində bütün yarışlarda 29 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz